Xidmətlər

Virus Və Bakteriyaların Məhv Edilməsi

Bakteriyalar hər yerdə, hər bir kvadrat santimetrdə milyondan çox olmaqla yayılıblar. Onlardan yalnız minə qədəri insan orqanizminə zərər yetirmir və ya faydalıdır. Bütün qalanlar isə, müvafiq olaraq müxtəlif xəstəlik mənbəyi ola biləcək parazitlərdir. Bakteriya və virusları tam məhv etmək, demək olar ki, qeyri-mümkündür, belə ki, onlar temperaturun qalxıb düşməsinə uyğunlaşa bilir, suda yaşaya bilir və hətta ən ciddi xarici qıcıqlandırıcılara müqavimət göstərə bilirlər. Virus və bakteriyalar bizim üçün ona görə təhlükəlidirlər ki, tək ətraf mühitdə deyil, həm də insan sağlamlığını pisləşdirərək onun orqanizmində də yaşaya bilirlər. İnsan bakteriyalarla mübarizəni müntəzəm aparmalıdır. Bizim hər birimiz çimir, əllərini yuyur, xəstələndikdə isə antibiotiklər qəbul edirik. Bakteriyaları məhv etmək üçün biz bir qayda olaraq nəm təmizlik zamanı müxtəlif maye vasitələrdən və tozlardan istifadə edirik. Lakin bu metodlar, təəssüf ki, arzu olunan nəticələrə gətirmir, belə ki, onların əksəriyyəti sağ qalır. Əgər orqanizmimizin qorunması üçün yalnız şəxsi gigiyena vasitələrindən istifadə etmək olarsa, onda bizi əhatə edən bakteriyaların effektiv məhvi mümkün olar. Bakteriyaların məhvi çoxlu sayda insan axını olan ofis və təşkilatlar üçün daha aktualdır. ProfGigiyena Azərbaycan şirkəti virus və bakteriyaların peşəkarcasına məhv edilməsini təklif edir. Xüsusi preparatlar hesabına mütəxəssislərimiz ölçüsündən asılı olmayaraq istənilən otağı və səthlərini dezinfeksiya edə bilərlər.

24/7 Təcili Xidmətlər

Bizim Mütəxəssislər günün istəlinən vaxtında Sizə yardım etməyə hazırdılar! Bizə zəng edin və ya mesaj yazın!