Siçovullar siçankimilər fəsiləsinə aid gəmiricilərdir. Onlar bütün qitələrdə geniş yayılmış məməlilər dəstəsidir. Hal hazırda 90-dan artıq siçovul növü məlumdur. Siçovullar sürətlə çoxalır, onlar il boyu törəyib arta bilirlər, ona görə də istənilən binanı sürətlə ələ keçirirlər. Artıq üçaylıq olanda onlar törəyib artırmağa hazır olurlar. Siçovullar bununla belə 4 il yaşayırlar. Onlar müxtəlif tikililərdə və yaşayış yerlərində, insana bilavasitə yaxınlıqda yaşayırlar və bununla da əsas təhlükə mənbəyinə çevrilirlər. Bu gəmiricilər hər şeyi yeyirlər, üstəlik bunula bərabər onlar müntəzəm olaraq parça, mebel, rezin məmulatları və kitablar gəmirirlər. Siçovullar çox ağıllı, hiyləgər və tez uyğunlaşan heyvanlardır, lakin hər şeyi yeməklərinə baxmayaraq heç də bütün zəhərli tələ yemini yemirlər. Ona görə də bu gəmiricilərlə mübarizə çox mürəkkəbdir. Qurtulmaq çətin olan siçovullar iqtisadi zərər də yetirə bilərlər: onlar kommunikasiyaları və elektrik şəbəkələrini zədələyir, qida məhsullarını məhv edir, mebel və ev əşyalarını korlayırlar. Onlar taun, səpmə yatalaq, salmonellyoz, hepatit, marsel qızdırması kimi təhlükəli yoluxucu xəstəliklərin daşıyıcıları olaraq xüsusi təhlükə yaradırlar. Bundan əlavə onlar birə, vəba və qızıl qızdırma da yaya bilərlər. Ona görə də bu gəmiricilərlə mübarizə sağlamlığınızın qorunması üçün ən zəruri tədbirdir. Siçovulların məhv edilməsi yalnız ixtisaslaşdırılmış şirkət tərəfindən həyata keçirilə bilən mürəkkəb tədbirdir. ProfGigiyena Azərbaycan şirkəti siçan və siçovulların peşəkarcasına məhv edilməsini həyata keçirir.