Xidmətlər

Taxtabitilərə Qarşı Mübarizə

Taxtabitilər (Bed Bugs) – qansoran həşəratlar qrupuna daxildir.
Taxtabitilər mənzillərdə, otellərdə, yataqxanalarda, qonaq evlərində və digər yaşayış yerlərində rast gəlinən həşəratlardandır.
İlin bütün fəsillərində rast gəlinən bu zərərvericilər  qanla qidalanırlar və əsas hədəfləri insanlardır.
Yataq otaqlarında olan çat və yarıqlarda, matras örtüklərdə, yorğan-döşəkdə, paltar dolablarında, taxta mebellərin arakəsmələrində gizlənirlər.
Taxtabitilər insanların bədən iyinə və karbon-dioksidə həssas olduğundan insanların vaxtını çox keçirtdiyi yerlərdə olurlar.

Onların yoluxucu xəstəliklərin daşıyıcısı olmaları sübut olunsa da insanlara yoluxdurma faktlarına rast gəlinməyib.
Lakin qansoran olmaları insanlarda rahatsız hal yaradır, qaşınma verir və bəzən allergik simptomlara səbəb olur.
Taxtabitilər əsasən bir yerdən başqa yerə insanların üzərində, paltarlar və çantaların içində daşınırlar.
Bu baxımdan otellərdə, qonaq evlərində taxtabitilərin olması riski daha yüksəkdir.
Taxtabiti problemindən tamamilə qurtulmaq üçün yüksək keyfiyyət standartlarına məxsus mübarizə metodlarından istifadə edən “ProfGigiyena” komandasına müraciət edə bilərsiniz.
Biz Sizə qısa müddətdə taxtabitilərdən qurtulmaqda yardımçı olarıq.

24/7 Təcili Xidmətlər

Bizim Mütəxəssislər günün istəlinən vaxtında Sizə yardım etməyə hazırdılar! Bizə zəng edin və ya mesaj yazın!